“Google” və “Microsoft”un videokonfrans platformaları təhlükəsizdirmi?

“Google” və “Microsoft”un videokonfrans platformaları təhlükəsizdirmi?
17:35 14 Aprel 2020
Ölkə mətbuatı
A- A+

Koronavirus epidemiyası ilə əlaqədar uzaq məsafədən birgə işləmə alətlərinə tələbat artıb, lakin bu arada “Zoom” xidməti ilə baş vermiş qalmaqal isə təhlükəsizlik probleminin vacibliyinə diqqət çəkib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “computerworld.ru” saytına istinadən yazır ki, videokonfransların yaradılması üçün nəzərdə tutulmuş “Zoom” platformasında təhlükəsizliklə bağlı problemlərin aşkar edilməsindən sonra şirkət kəskin tənqidə məruz qalıb və son nəticədə “Zoom” şirkətinin baş direktoru Erik Yuan sözügedən problemlərin mövcudluğunu etiraf etməyə məcbur olub və eyni zamanda elan edib ki, şirkət yaxın 90 gün ərzində xidmətin təhlükəsizlik sistemini gücləndirəcək.

 

Bu arada “Hangouts Meet” və “Teams” videokonfrans platformalarının tərtibatçıları olan “Google” və “Microsoft” şirkətlərinin nümayəndələri öz platformalarının təhlükəsizliyi haqqında bəyanat dərc ediblər. “Google”un bəyanatında videokonfransa kənar şəxslərin müdaxilə cəhdlərinin qarşısının alınması üzrə tədbirlər haqqında danışılır, “Microsoft”un bəyanatında isə şifrləmə imkanları vurğulanır, həm də bildirilir ki, “Teams” xidmətinin məlumatları məqsədli reklam məqsədilə istifadə olunmur.

 

Emil Hüseynov


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-67824-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR