Avropa çempionu koronavirusa qalib gəldi

Avropa çempionu koronavirusa qalib gəldi
09:57 15 Aprel 2020
70 Digər
Ölkə mətbuatı
A- A+

İspaniya millisinin və “Sevilya” klubunun sabiq qapıçısı Andres Palop koronavirusa qalib gəlib.
“Report”un məlumatına görə, bu barədə 47 yaşlı keçmiş qolkiper şəxsi “Instagram” hesabından paylaşım edib. Palop 12 gün xəstəxanada qaldığını, indi isə evində olduğunu vurğulayıb.
O, yaxınları ilə görüşməzdən öncə 14 gün karantində qalacaq.
Qeyd edək ki, Andres Palop 2001/2022 mövsümündə “Valensiya”nın heyətində La Liqanın qalibi olub. Qapıçı “yarasalar”la 2003/2004 mövsümündə UEFA Kubokunu (hazırkı Avropa Liqası), ardınca isə UEFA Super Kubokunu qazanıb. 
İspaniyalı oyunçu “Sevilya” ilə Avropa Liqasının 2 qat (2005/2006,2006/2007) qalibi olub. 2006 və 2007-ci ildə yenidən UEFA Super Kubokunu başı üzərinə qaldıran qapıçı 2008-ci ildə İspaniya yığması ilə Avropa çempionu adına yiyələnib. 


Xəbərin orijinal ünvanı: https://report.az/futbol/meshur-qapici-koronavirusa-qalib-geldi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR