“Apple” ucuz “iPhone SE” smartfonunu təqdim edib

“Apple” ucuz “iPhone SE” smartfonunu təqdim edib
10:35 16 Aprel 2020
Ölkə mətbuatı
A- A+

“Apple” korporasiyası 2020-ci ildə ilk smartfonunu – “iPhone SE”ni təqdim edib. Aparat 2016-cı ildə buraxılmış eyni adlı qurğunun davamçısıdır.

 

“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, smartfonun dizaynı “iPhone 8”in dizaynına oxşardır: 4,7 düymlük “Retina” “IPS” ekran, “Touch ID” barmaq izi sensoruna malik “Home” düyməsi, ön paneldə böyük üfüqi çərçivələr. Aparatın arxa panelində 12 meqapiksellik tək kamera quraşdırılıb. “SE” smartfonu “iPhone 11”də olduğu kimi “Apple A13” prosessoru və 64 QB daxili yaddaşla təchiz edilib.

 

"Ucuz" “iPhone” aparatı su və toza qarşı dayanıqlı metal çərçivəli şüşə korpusa malikdir. Ağ, qara və qırmızı rəngli korpuslar əlçatandır. Smartfonun ağ versiyasında ön panel qara rəngdədir. “iOS 13” əməliyyat sisteminin idarəetməsi altında işləyən qurğu “Apple Pay” təmassız ödəniş dəstəyinə və “NFC” texnologiyasına malikdir, tutumu açıqlanmayan, çıxarılmayan akkumulyatorla təchiz edilib.

 

Emil Hüseynov


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-67872-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR