“Chuwi LarkBox” minikompüteri ovuca yerləşir

12:35 16 Aprel 2020
Ölkə mətbuatı
A- A+

Çinin “Chuwi” şirkəti “LarkBox” adlı kiçik form-faktorlu kompüter buraxmağa hazırlaşır. Yeni qurğunun əsasını “Intel Gemini Lake” aparat platforması təşkil edəcək.

 

“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, qara rəngli kompakt korpusa malik mini-fərdi kompüter ovuca yerləşir.

 

Bildirilir ki, kompüter “Celeron N4100” prosessoru ilə təchiz edilib. Bu çip çoxaxınlı (Multithreading) dəstək olmadan dörd hesablama nüvəsinə malikdir. Nominal takt tezliyi 1,1 QHs, maksimal 2,4 QHs təşkil edir. Qurğunun tərkibinə “Intel UHD 600” qrafik sürətləndiricisi daxildir.

 

Məlumata görə, minikompüter “4K” formatlı təsviri saniyədə 60 kadr sürətlə göstərə bilir.

 

Digər texniki xüsusiyyətlər barədə hələlik məlumat verilməsə də, qurğunun 4 giqabaytlıq operativ və 64 giqabaytlıq quraşdırılmış yaddaşla təchiz ediləcəyi gözlənilir. Həmçinin “Wi-Fi” və “Bluetooth” simsiz adapterləri quraşdırılacaq.

 

Rəsmi təqdimatı yaxın vaxtlara planlaşdırılan “Chuwi LarkBox” mini-fərdi kompüteri “ECS Liva Q2” kimi qurğularla rəqabət aparacaq.

 

Nizam Nuriyev


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-67882-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR