“Microsoft” ətraf mühitin mühafizəsi üçün platforma istifadəyə verib

“Microsoft” ətraf mühitin mühafizəsi üçün platforma istifadəyə verib
17:35 16 Aprel 2020
Ölkə mətbuatı
A- A+

“Microsoft” süni intellekt texnologiyasına əsaslanan “Planetar kompüter” platformasını istifadəyə verib. Bu platforma Yer kürəsinin ekosistemindəki dəyişiklikləri izləməyə kömək edəcək. Bu haqda şirkət öz bloqunda yazıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “tass.ru” saytına istinadən yazır ki, “Planet kompüter” “Microsoft Azure” “bulud” əsasında işləyən süni intellekt platformasıdır. O, müxtəlif mənbələrdən daxil olan böyük həcmdə məlumatların təhlili üçün maşın təlimindən istifadə edir. Platformanın köməyi ilə Yer kürəsinin ekosistemindəki dəyişiklikləri izləmək və təbii resurslardan istifadə ilə bağlı daha məqsədəuyğun qərarlar qəbul etmək mümkün olacaq. Məsələn, meşə sahələrindəki dəyişikliyi izləmək, subasma riskini qiymətləndirmək və sairə” – şirkətin prezidenti Bred Smit deyib.

 

Geoinformasiya sistemləri üzrə ixtisaslaşmış “Esri” şirkəti “Planetar kompüter” platformasının yaradılmasında “Microsoft”un tərəfdaşı olub. İstənilən şəxs “Planetar kompüter” platformasında saxlanılan informasiyaya baxa, yeniləyə və əlavə edə bilər.

 

Belə bir platformanın yaradılması “Microsoft”un qlobal ekoloji təşəbbüsünün davamı olub. Bundan əvvəl şirkət elan etmişdi ki, 2030-cu ilədək karbonun tullantılarını tamamilə azaldacaq və iqlim innovasiyalarının inkişafına 1 milyard dollar məbləğində sərmayə yatırıb.

 

Emil Hüseynov


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-67901-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR