"Roma"nın futbolçusu "Qarabağ"a vurduğu qolu xatırladı

"Roma"nın futbolçusu "Qarabağ"a vurduğu qolu xatırladı
19:57 17 Aprel 2020
232 Digər
Ölkə mətbuatı
A- A+

İtaliyanın "Roma" klubunun futbolçusu Dieqo Perotti sosial şəbəkədə yerli azarkeşlərin suallarını cavablandırıb.
"Report"un məlumatına görə, argentinalı yarımmüdafiəçi müsahibə zamanı 2017/2018 mövsümündə Çempionlar Liqasının qrup mərhələsində "Qarabağ"a qarşı keçirdikləri ev oyununu da xatırlayıb.
32 yaşlı oyunçu fanatlardan birinin "Ən sevimli qolunuz" hansıdır sualına bu cür cavab verib: "Mənim üçün əsas qolun gözəlliyi yox, önəmli olmasıdır. Bu mənada ilk sırada "Sampdoriya" ilə matçda vurduğum qol dayanır. Həmçinin Çempionlar Liqasında lider kimi tamamladığımız qrupda "Çelsi" və "Qarabağ"a vurduğum qolları da bu siyahıya əlavə edə bilərəm".
Qeyd edək ki, Dieqo Perotti dekabrın 5-də qrup mərhələsinin VI turunun "Qarabağ"la ev oyununun (1:0) 56-cı dəqiqəsində fərqlənərək, komandasına vacib qələbə qazandırmışdı.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/roma-nin-futbolcusu-qarabag-a-vurdugu-qolu-xatirladi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR