Mauritsio Sarri: "Çelsi"dən ayrıldığımı deyəndə futbolçular ağladı"

Mauritsio Sarri: "Çelsi"dən ayrıldığımı deyəndə futbolçular ağladı"
11:02 18 Aprel 2020
207 Digər
Ölkə mətbuatı
A- A+

“Yüksəlişiniz nə qədər çox olarsa, oyunçularla münasibət qurmaq bir o qədər çətidir. Ətrafınız çox dəyişir və münasibət qurmaq daha uzun çəkir”.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu fikirləri İtaliyanın “Yuventus” klubunun baş məşqçisi Mauritsio Sarri İngiltərə “Çelsi”sində işlədiyi dönəmdə futbolçularla çətin münasibətlərindən danışarkən deyib.
61 yaşlı mütəxəssis London təmsilçisinin oyunçuları ilə münasibətinin ziddiyyətli olduğunu söyləyib: “Amma komandadan ayrıldığımı deyəndə çoxları ağladı. Başqalarının başına vuran insanlardan deyiləm. Tez-tez nəyi səhv etdiklərindən və nəyi daha az yaxşı etdikləri barədə danışıram. İnanıram ki, bu futbolçulara daha yaxşı təsir edir və bundan sonra sizə dəyər verməyi öyrənəcəklər”. 
Qeyd edək ki, ötən mövsüm Sarrinin baş məşqçisi olduğu “Çelsi” Bakı Olimpiya Stadionunda baş tutan Avropa Liqasının finalında Londonun digər təmsilçisi “Arsenal”ı 4:1 hesabı ilə məğlub edib. İtaliyalı baş məşqçinin “Yuventus”la 2022-ci ilin yayına qədər müqaviləsi var. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/mauritsio-sarri-celsi-den-ayrildigimi-bildirende-futbolcular-agladi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR