Beynəlxalq Muğam Mərkəzi görkəmli muğam ifaçıları haqqında onlayn mühazirələri davam etdirir

Beynəlxalq Muğam Mərkəzi görkəmli muğam ifaçıları haqqında onlayn mühazirələri davam etdirir
16:17 19 Aprel 2020
Ölkə mətbuatı
A- A+

Xəbər verdiyimiz kimi Beynəlxalq Muğam Mərkəzi (BMM) karantin günlərinin elan edildiyi ilk günlərdən Mütəmadi olaraq müxtəlif konsert, elmi-nəzəri və tədqiqat xarakterli layihələrlə tamaşaçıların görüşünə gələn BMM onlayn şəkildə öz "Facebook" və "Instagram" səhifəsindən izləyicilərə mədəni xidmət göstərməkdə davam edir. BMM-nin foyesində büstləri qoyulan muğam korifeylərimiz haqqında  məruzələri  növbəli şəkildə BMM-nin "Unudulmayanlar" layihəsinin  koordinatoru Gülhüseyn Kazımlı və musiqişünas, professor Nailə Rəhimbəyli  təqdim edir.

Mühazirələrdə bu günə kimi görkəmli muğam ifaçıları Bülbülcan, Məşədi Məmməd Fərzəliyev, tar ifaçısı Mirzə Fərəc Rzayev, Seyid Şuşinskinin həyat və yaradıcılığından söz açılıb. Layihə izləyicilər tərəfindən maraqla qarşılanır. Diqqətə çatdırmaq istərdik ki, BMM-nin foyesində büstü qoyulan görkəmli muğam ustadları ilə bağlı mühazirələr davamlı olacaq. 

Qeyd edək ki, layihənin məqsədi insanları incəsənətə, muğam irsimizə bir addım daha yaxın etmək və milli musiqi alətlərimiz, muğam korifeylərimizi böyük auditoriyaya tanıtmaqdır.
https://www.facebook.com/mughamcentre/videos/2714278162032288/?epa=SEARCH_BOX


Xəbərin orijinal ünvanı: https://news.milli.az/culture/843381.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR