Xudu Məmmədovun həyat yoldaşı vəfat etdi

Xudu Məmmədovun həyat yoldaşı vəfat etdi
08:43 22 Aprel 2020
Ölkə mətbuatı
A- A+

Azərbaycanın tanınmış elm adamı və ictimai-siyasi xadimi Xudu Məmmədovun həyat yoldaşı Maya xanım dünyasını dəyişib.

Publika.az xəbər verir ki, tanınmış elm adamı və ictimai xadim olmuş Xudu Məmmədovun həyat yoldaşı Maya Məmmədova bu gün haqqın dərgahına qovuşub.

Xudu Məmmədovun xanımı Qazax rayonunda torpağa tapşırılıb.

Allah rəhmət eləsin!

Xatırladaq ki, Xudu Məmmədov (14 dekabr 1927, Ağdam – 15 oktyabr 1988) Azərbaycanın tanınmış elm adamı və ictimai-siyasi xadimi, professor, AMEA-nın müxbir üzvü, Geologiya-mineralogiya elmləri doktoru, Milli Azadlıq Qərargahı təşkilatının qurucularından, Böyük Britaniya Kral Akademiyasının fəxri üzvü olub.

Yüksəkixtisaslı elmi kadrlar hazırlanmasında müstəsna xidmətləri var. Xudu Məmmədov "Şərəf nişanı", "Qırmızı Əmək Bayrağı" ordenləri, Azərbaycan SSR Ali Sovetinin "Fəxri fərmanı" və bir sıra medallarla təltif olunub.

Xudu Məmmədov 15 oktyabr 1988-ci ildə Bakıda vəfat edib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/art/311514.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR