“Microsoft”un süni intellekti cümlələrin düzgün tərtib edilməsinə kömək edir

“Microsoft”un süni intellekti cümlələrin düzgün tərtib edilməsinə kömək edir
11:35 22 Aprel 2020
Ölkə mətbuatı
A- A+

"Microsoft"un süni intellektə əsaslanan yeni aləti cümlələri düzgün tərtib etməyə kömək edir. Gələcəkdə bu alət müəlliflərin yaxın köməkçisinə çevriləcək.

 

"ICTnews" Elektron Xəbər Xidməti "hightech.fm" saytına istinadən yazır ki, "Microsoft" tərəfindən yazıçılar üçün təqdim edilmiş yeni alət mətndəki fikirləri düzgün ifadə etməyə kömək edəcək. Bu, ilk dəfə 2019-cu ildə "Microsoft Build" konfransında təqdim edilmiş süni intellekt əsasında işləyən "Rewrite Suggestions" funksiyası üçün bir əlavədir. Sözügedən alət ilk öncə müəllifə ifadələrin yazılışı üçün yalnız düzgün variantlar təklif edirdi, amma indi o, cümlələr də tərtib edə bilir.

 

Hələ ki funksiya yalnız onlayn rejimdə "Word" istifadəçilərinə, "Microsoft 365" və ya "Office 365" abunəçilərinə əlçatandır. Gələcəkdə şirkət onu bütün masaüstü və mobil versiyalarına tətbiq etməyi planlaşdırır.

 

Emil Hüseynov


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-68061-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR