Azercell Paycell xidməti üzrə göndərilən sorğular üçün xidmət haqqını dayandırır

Azercell Paycell xidməti üzrə göndərilən sorğular üçün xidmət haqqını dayandırır
23:13 22 Aprel 2020
Ölkə mətbuatı
A- A+

“Azercell Telekom” MMC koronavirus pandemiyası ilə əlaqədar ölkə ərazisində elan edilmiş xüsusi karantin dövründə abunəçilərinə dəstək olmağa davam edir.

Publika.az xəbər verir ki, Azercell aprel ayının 10-dan etibarən Paycell xidməti üzrə göndərilən sorğular üçün xidmət haqqı tətbiqinin müvəqqəti olaraq dayandırıldığını bəyan edib. Xatırladaq ki, Paycell xidməti çərçivəsində istənilən Fakturasız Xətt (SimSim) nömrənin balansına 0.2 AZN, 0.5 AZN və ya 1 AZN vəsaiti hədiyyə qismində yükləmək mümkündür. Bu təklifdən yararlanmaq üçün SMS mətnində vəsaiti qəbul edən nömrəni qeyd etməklə, müvafiq olaraq 9204, 9200 və ya 9202 qısa nömrələrinə mesaj göndərmək kifayətdir.

Xidmət haqqında ətraflı məlumatla https://www.azercell.com/az/personal/services/zero_balance_options/paycell/ səhifəsinə keçid edərək tanış ola bilərsiniz.

“Azercell Telekom” MMC tərəfindən təqdim edilən xidmətlər, tariflər və keçirilən kampaniyalar barədə xəbərdar olmaq üçün bizi rəsmi Sosial Media hesablarımızdan izləyin!

Facebook: https://www.facebook.com/azercell

Instagram: https://www.instagram.com/azercell

LinkedIn: https://www.linkedin.com/company/azercell

Twitter: https://twitter.com/Azercell


Xəbərin orijinal ünvanı: https://publika.az/news/ikt/311619.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR