“Android 10” istifadəçilərin smartfonlarını sıradan çıxarıb

“Android 10” istifadəçilərin smartfonlarını sıradan çıxarıb
09:35 23 Aprel 2020
Ölkə mətbuatı
A- A+

“Android 10” əməliyyat sisteminin idarəetməsi ilə işləyən smartfon istifadəçiləri problemlərlə üzləşiblər. Belə ki, sistem səhvi bir neçə populyar brendin qurğularına təsir göstərib. Bu barədə “Android Police” saytının məlumatında deyilir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, informasiya texnologiyaları üzrə jurnalist Artyom Russakovski “Android” sisteminin aktual versiyasının smartfonların interfeysini sıradan çıxarmasına diqqət yetirib. Jurnalistin “Twitter” hesabına görə, ona məxsus “Google Pixel 4XL” smartfonu son vaxtlar tez-tez “donmağa” başlayıb: “Bütün interfeys bloklanır”, – o qeyd edib. Onun sözlərinə görə, boşluğa əksər mobil proqramlarda rast gəlindiyinə görə telefonu idarə etmək mümkün olmur. Jestlər və “Home” düyməsinə basma problemi aradan qaldırmağa kömək etmir.

 

Oxucular arasında keçirilən sorğu əsasında “Android Police” müəyyənləşdirib ki, oxşar problemlə “Android 10” əməliyyat sisteminin idarəetməsi ilə işləyən əksər smartfon istifadəçiləri qarşılaşıb. Məsələn, “Google Pixel” sahibləri ilə yanaşı, “donmadan” “OnePlus” və “Xiaomi” qurğularının istifadəçiləri şikayət etməyə başlayıblar. Qurğular daha çox “Amazon”, “Twitter”, “YouTube”, “YouTube Music” və “Google Play” mobil əlavələrində ekrana toxunuşa reaksiya verməyib.

 

Jurnalistlər qeyd edib ki, smartfonların işləməməsi gündə bir neçə dəfə baş verir. Problemin səbəbi aşkarlanadək və aradan qaldırılanadək nəşr istifadəçilərə qurğunu ya bloklamağı və ya dərhal blokdan çıxarmağı, ya da yenidən başlatmağı tövsiyə edir. Nəşr məsələyə münasibət bildirmək üçün “Google” şirkətinə müraciət etsə də, operativ cavab ala bilməyib.

 

Nizam Nuriyev


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-68090-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR