Samsung şirkəti də #evdəqal aksiyasına qoşuldu. Yetər ki, siz #evdəqal-ın digər məsələlərin qeydinə Samsung qalacaq

Samsung şirkəti də #evdəqal aksiyasına qoşuldu. Yetər ki, siz #evdəqal-ın digər məsələlərin qeydinə Samsung qalacaq
12:12 23 Aprel 2020
Ölkə mətbuatı
A- A+

İllərdir aşpaz olmaq arzusundasınız? Və ya sevdiyiniz mahnını ifa etmək xəyalları qurursunuz? Bəlkə də, uzun müddətdir öz səhhətinizlə və fiziki vəziyyətinizlə məşğul olmağı planlaşdırırsınız. Hər birimiz ömründə heç olmaya bir dəfə hansısa məşğuliyyətə özümüzü həsr etməyi arzulamışıq, lakin vaxt və güc çatışmamazlığıdan arzumuzu reallaşdıra bilməmişik.  Belə ki, hər birimiz çalışır, ailəsinin qayğısına qalır və əksər hallarda həyatımızın bütün sahələrinə daha çox diqqət yetidiyimiz halda, özümüzə vaxt ayıra bilmirik. Samsung ilə bütün dünya üçün həqiqətən çətin bu dövrdə həyatınıza və gündəlik karantin rutinlərinə rəng qatmağı təklif edirik. Qlobal pandemiya zamanı #evdəqal çağırışını dəstəkləyərək Samsung, hər birimizi evdə keçirdiyimiz zamanı dəyərləndirməyə çağırır!

Beləliklə, Samsung-un rəsmi Instagram və Facebook səhifələrinə daxil alaraq, gününüzün məhz necə keçirəcəyinə siz qərar verə bilərsiniz. Samsung, məşhur simalarla birlikdə, sizlərə bir sıra maraqlı əyləncə hazırlayaraq darıxmağınıza imkan verməyəcək.

Karantin rejiminin sizin fiziki formanıza təsir göstərəcəyini fikirləşirsinizsə və yay mövsümünə hazırlıqlı olmaq istəyirsinizsə, formaya necə gələ biləcəyiniz haqqında sizə məlumat verəcək, fitness məşqçilərimizə qoşulmağı təklif edirik. İdmanla məşğul olmaq hələ bu qədər sadə və şən olmamışdır. Galaxy Buds + naqilsiz qulaqcıqlarını və Galaxy Watch Active 2 taxaraq məşqə başlaya bilərsiniz. Ağıllı saat bütün fiziki fəaliyyətinizi izləyərək, onu təhlil edəcək və aktivliyin səmərəliyini artıracaq məsləhətlər təqdim edəcək.

Düzgün qidalanma rejiminə riayət etmirsinizsə, hətta  gündəlik məşqlərin belə bəhrəsini görməyə bilərsiniz. Bu halda bizim aşpazlar köməyinizə gələcəkdir! Ailəniz üçün dadlı bir şam yeməyinə və ya pəhriz qəlyanaltısına ehtiyacınız var? İndi adi inqrediyentldən istifadə edərək dünya mətbəxinin incilərini hazırlamağı sınaqdan keçirin və aşpazlarımızın məsləhətlərindən faydalanaraq karantin müddəti ərzində əsl qurmana çevrilin.  Ən əsası isə dadlı nəticələrinizlə yaxınlarınız ilə bölüşməyi unutmayın! Burada köməyinizə əlbəttə ki, heyratımız kamera dəstinə malik olan, yeni Galaxy S20 smartfonları çatacaq.

Yemək bişirmək və idman  etmək tam ürəyinizcə məşğuliyyət deyilsə, uzun müddətdir ki,  təxirə saldığınız, sevimli filmlərinizin seyrindən zövq ala bilərsiniz. Hansı filmin daha maraqlı olduğu barədə məsləhətə ehtiyacınız var? Bu halda Samsung-a qoşulun! Burada sizləri hər gün ən baxımlı filmlərin siyahısını, məşhur filmlərin icmalı və rejissorumuzla kino haqqında maraqlı və səmimi söhbətlər gözləyir. Unutmayın ki, Galaxy seriyasının smartfonlarının "sərhədsiz" ekranında sevimli seriyalarınızı izləmək sizə unudulmaz həzz bəxş edəcək, Samsung TV-də görüntü və səs ötürmənin yüksək keyfiyyəti sayəsində isə seyrdən yeni təəssüratlar əldə edəcəksiniz.

Yox əgər işınızdən ayrıla bilmirsinizə, gəlin birgə işləyək! Çünki, Samsung məhsulları ilə evdən işləmək daha rahatdır. Yeni Samsung smartfonları ilə istənilən zaman əlaqə qura və Samsung Dex-in imkanları sayəsində isə eyni anda fərqli tapşırıqlar arasında keçid edərək, daha çox iş yerinə yetirə biləcəksiniz. Belə ki, sadəcə istənilən cihazı telefonunuza qoşmaq kifayətdir. Beləliklə, indi siz istər televizorun geniş ekranında işləyə, istərsə də smartfon displeyini kompüter çevrəsi ilə sinxronlaşdıra bilərsiniz.

Boş vaxtınızda isə xəyalınızı gerçəkləşdirib, sevdiyiniz mahnıları ulduzlarımızla oxuya bilərsiniz.

Həmçinin, Samsung sevimli balacaları da nəzərə alaraq, məktəb dərslərindən fasiləsiz olaraq onlayn faydalanmaq üçün bir neçə növ internet bağlantısını dəstəkləyən, yüksək işləmə gücünə malik və əla kameralarla təchiz edilmiş Samsung planşetlərindən və smartfonlarından istifadə etməyi tövsiyə edir. Bundan əlavə, Samsung Kids -lə istədiyiniz zaman uşaqlarınızla özünüz məşğul ola bilər, habelə onların asudə vaxtını da təşkil edə bilərsiniz. Unutmayın ki, karantin - uşaqlarınıza həsr edə biləcəyiniz daha çox vaxt deməkdir. Bələ ki, balacalarla dərs öyrənin,  oynayın və ya cizgi filmlərinə baxın, Samsung isə birlikdə keçirdiyiniz vaxtın unudulmaz olmasını təmin edəcək.

Dostlar nəyi gözləyirsiniz? Hamınızı karantin günlərini faydalı keçirməyə dəvət edirik! Samsung-un rəsmi Instagram və Facebook səhifələrinə keçid alaraq bizə qoşulun və #evdəqal-ıb əmin olun ki, burada daha əyləncəlidir!

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/mobilt/844344.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR