“5G” dəstəkli “Realme X50m” smartfonu nümayiş olunub

“5G” dəstəkli “Realme X50m” smartfonu nümayiş olunub
12:35 23 Aprel 2020
Ölkə mətbuatı
A- A+

"Realme" şirkəti beşinci nəsil mobil rabitə şəbəkələrində (5G) işi dəstəkləyən orta səviyyəli "X50m" smartfonunu nümayiş etdirib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "3DNews" resursuna istinadən yazır ki, qurğunun əsasını 2,4 QHs takt tezlikli səkkiz "Kryo 475" nüvəsi, "Adreno 620" qrafik sürətləndiricisi və "X52 5G" modemini birləşdirən "Snapdragon 765G" prosessoru təşkil edir. Operativ yaddaş tutumu modifikasiyadan asılı olaraq 6 və ya 8 giqabayt təşkil edir.

 

Smatrtfon "Full HD " (2400 × 1080 piksel) təsvir ölçülü 6,57 düym diaqonallı "IPS" ekranla təchiz edilib. Panel korpusun ön səthinin 90,4 faizini əhatə edir. Ekranın yuxarı sol küncündə 16 və 2 pikselli sensorlar əsasında iki ön kameranın yerləşməsi üçün kəsik yer alıb.

 

Məlumata görə, arxada tərkibinə 48 meqapikselli sensor, 8 meqapikselli sensor və enlibucaqlı optikaya (119 dərəcə) malik blok, makroçəkiliş üçün 2 meqapikselli modul və 2 meqapikselli dərinlik sensorunun daxil olduğu dörd əsas kamera yerləşir.

 

Smartfon 128 giqabayt tutumlu "UFS 2.1" fləş-toplayıcısı ilə təchiz olunub. Enerjini 30 vatlıq sürətli enerjidoldurmanı dəstəkləyən 4200 milliamper/saat tutumlu akkumulyator batareyası təmin edir.

 

"Realme X50m", həmçinin "Wi-Fi 802.11ac" və "Bluetooth 5.0" adapterləri, "GPS" qəbuledicisi, "NFC" kontrolleri və "USB Type-C" portuna malikdir. Qurğunun qabaritləri 163,8 × 75,8 × 8,9 mm, çəkisi 202 qram təşkil edir. Smartfon "Realme UI" interfeysli "Android 10" əməliyyat sisteminin idarəetməsi ilə işləyir.

 

"Realme X50m" smartfonunu 280 dollara əldə etmək mümkündür.

 

Nizam Nuriyev


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-68100-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR