Con Travoltanın həyat yoldaşı, aktrisa Kelli Priston vəfat etdi

Con Travoltanın həyat yoldaşı, aktrisa Kelli Priston 57 yaşında xərçəngdən dünyasını dəyişib.

Metbuat.az xəbər verir ki, bu barədə italyan kökənli ABŞ aktryoru Con Travolta sosial şəbəkədə məlumat verib. O, Pristonun 2 ildir xərçənglə mübarizə apardığını və təəssüf ki, bu mübarizədə uduzduğunu qeyd edib.

Kelli Priston Ton Kruz və Arnold Şvarzneqqer kimi məşhurlarla eyni filmlərdə rol alıb. 28 ildir ailəli olan cütlüyün 20 və 9 yaşında iki uşağı var.

Mənbə: bbc.com


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR