Tanınmış aktrisa xərçəng səbəbindən vəfat etdi

1990-cı ildə çəkilən "RoboKop 2" filmində rol alan tanınmış aktrisa Qalin Qorq vəfat edib.

Metbuat.az xəbər verir ki, 55 yaşlı aktrisanın ağciyər xərçəngi iləbir müddətdir mübarizə apardığı bildirilib. Aktrisanın bacısı sosial şəbəkələrdə bununla bağlı paylaşım edib:

"Qorqa xərçəng diaqnozu qoyuldu və xəstəlik qısa müddətdə ciyərlərinə və vücuduna yayıldı. Ona daha bir neçə gün yaşayacağı deyilmişdi amma o uzun müddət mübarizə apardı və bir möcüzə olmasını gözlədi".

Mənbə: bbc.com


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR