Çinin texnoloji şirkətinin dəyəri "Facebook"u geridə qoydu

Çinin ən çox istifadə edilən texnologiya şirkəti "Tencent"in bazar dəyəri "Facebook"u keçib.

Metbuat.az xəbər verir ki, şirkətin dəyəri 664 milyard dollara sıçrayıb. Təkcə 2020-ci ildə şirkətin dəyəri 200 milyard dollar artıb. "Facebook"un bazar dəyəri isə 656 milyard dollardır.

Daha çox mobil oyunlar istehsal edən şirkət Çində 1 milyarddan çox istifadəçisi olan "WeChat"ın da sahibidir. "Tencent" bir çox mesajlaşma proqramı istehsal edib. Bu proqramlar şirkətin gəlirlərinin 23%-ni təşkil edir.

Mənbə: HaberGlobal


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR