Amazon-dan yeni ağıllı market arabası

Nəhayət, Amazon uzun müddətdir məşğul olduğu, yeni bir alış-veriş sistemi yaradan ağıllı market arabasını və kassasız supermarketini elan etdi.

Metbuat.az xəbər verir ki, bu supermarket arabası müxtəlif sensorlar və kameralarla işləyir. Yerləşdirilən məhsulları tanıyır və alış-veriş səbətinə əlavə edir. Həm də əlavə olunmuş hər bir məhsulun toplam qiyməti və miqdarını göstərir. Yalnız bunun ilə qutarmır, ödəniş də birbaşa ağıllı ərzaq kartından edilə biləcək.

Bu yeni sistem ilə alış-veriş alıcılar üçün çox praktik və sürətli olacaqdır. Artıq yeni ağıllı arabalı super marketlərin kassirsiz olduğunu da söyləyə bilərik. Bunun ilə bərabər müştərilər kassa qarşısında növbədə gözləməli olmayacaqlar.

Ağıllı market arabası

Amazonunun ağıllı market arabasının istifadə qaydaları isə bu şəkildədir. Araba QR kod texnologiyasını özündə cəmləşdirir. Amazon tətbiqetməsinə cib telefonu vasitəsilə daxil olmaqla bu market arabasının QR kodunu skan etmək lazımdır. Daha sonra arabanın kilidi açılır və istifadəyə tam hazırdır.

Ağıllı market arabası


Amazon tərəfindən hazırlanan bu ağıllı avtomobil bir texnologiya dahisi olsa da, bir çox insanın işsiz qalmasını təmin edə bilər. Bu texnologiyaya digər bazar zəncirləri üstünlük verirsə, gələcəkdə kassir kimi peşələrin olmayacağını görə bilərik. Buna baxmayaraq, texnologiyanın sürətli inkişafı və reallaşması bəşəriyyət üçün böyük inkişaf hesab olunur.

Mənbə:Markzone


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR