Bir dönəm məşhur "Kurtlar Vadisi" serialında "Tombalacı"ləqəbi ilə tanınan aktyor Haldun Boysan vəfat edib.
Metbuat.az xəbər verir ki, aktyorun serial çəkilişləri üçün getdiyi Nevşehirdə ürək tutmasından öldüyü bildirilib. Oteldən xəstəxanaya çatdırılan aktyorun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, aktyor 62 yaşında idi.
Mənbə: Hürriyet