x
Loading...

“Microsoft Word” proqram təminatına gecə rejimi əlavə edilib

.

"Microsoft Word" mətn redaktoruna qabaqcıl gecə rejimi əlavə edilib.

Metbuat.az "ICTnews" saytına istinadən xəbər verir ki, mətn redaktorunun hazırlanmasına rəhbərlik edən Ali Forelli izah edib ki, istifadəçilər "Word" proqramında qaranlıq və ya gecə vaxtı işlədikdə qara rejim gözlərə mənfi təsiri azaldır. Yeni rejim proqramın gələcək yeniləməsində əlçatan olacaq.

"Microsoft"un nümayəndəsi, həmçinin izah edib ki, istifadəçi istənilən vaxt gecə rejimini aktiv və ya deaktiv edə bilər və ya istənilən şərtlər daxilində sənədin səhifəsini ağ saxlaya bilər. Bu seçim "Word" proqram təminatının tənzimlənməsində aktivləşdirilir, rejimlər arasında keçid düyməsi proqramın alətlər panelində yerləşdirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR