“Twitter” sosial şəbəkəsi “Super Follow” ödənişli abunə funksiyası hazırlayır

“Twitter” sosial şəbəkəsi ödəniş müqabilində abunəçilərin eksklüziv məzmundan istifadəsinə imkan verən “Super Follow” funksiyasını təqdim etməyi planlaşdırır. Bu haqda “CNBC” telekanalı məlumat verib.

Metbuat.az “ICTnews”-a istinadən xəbər verir ki, sözügedən funksiya digər istifadəçilər üçün əlçatmaz olan mesajları oxumağa, xəbərlərə abunə olmağa imkan verir. Ödəniş mexanizmi hələ ki məlum deyil.

Daha bir yenilik qruplar yaratmaq imkanı olacaq.

Həmçinin “Super Follow” funksiyasının istifadəyə verilmə müddəti açıqlanmayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR