Türkiyənin ən məşhur və nüfuzlu layihələrdən biri olan "Golden Palm Awards" ilk dəfə olaraq Bakıda keçiriləcək. "Brand İnvestment Group" və "Reputation Incorporated" şirkətlərinin birgə təşkilatçılığı ilə rellaşacaq tədbir iyun ayında baş tutacaq.

Metbuat.az xəbər verir ki, layihədə Azərbaycanla yanaşı, qardaş ölkənin də tanınmış simaları və müxtəlif sahələrdə çalışan uğurlu iş adamları iştirak edəcəklər.

Mədəniyyət, incəsənət, media, biznes, tibb, idman, dəb, memarlıq və digər sahələri əhatə edən "Golden Palm Awards"ın əsas məqsədi böyük uğurlar və yüksək nəticələr qazanan şəxsləri cəmiyyətə tanıtmaq, onların fəaliyyətini qiymətləndirərək motivasiya verməkdir. Sayca 8-ci olacaq bu tədbirdə Türkiyənin ulduz qonaqların iştirakı da gözlənilir.

"Reputation Incorporated" şirkətinin direktoru Sadiq Cəfərovun sözlərinə əsasən, iki günlük proqramdan ibarət olacaq layihənin ilk günündə özəl ziyafət, növbəti gündə isə möhtəşəm qala gecə baş tutacaq.

"Golden Palm Awards" layihəsinin qurucusu Nedim Delibaşdır.

Qeyd edək ki, tədbir COVİD-19 pandemiyası səbəbindən icazə verilən qaydalar çərçivəsində keçiriləcək.

Bakı "Golden Palm Awards"a ev sahibliyi edəcək