“WhatsApp”ın gizlilik şərtini qəbul etməyənlərin

Yanvar ayında istifadəçilərə təqdim etdiyi gizlilik müqaviləsinin təsdiqlənmə tarixini mayın 15-dək uzadan “WhatsApp” məsələ ilə bağlı yeni açıqlama verib.

Metbuat.az-ın məlumatına görə, bu barədə “Telegraph” məlumat yayıb.

Nəşr “WhatsApp”ın istifadəçilərə təqdim etdiyi gizlilik müqaviləsini qəbul etməyənlərin hər hansı sanksiya ilə üz-üzə qalmayacağını yazıb.

Qeyd olunub ki, “WhatsApp”ın bu qərarı almasında istifadəçi sayındakı azalma və bir sıra hökumətlərin buna qarşı çıxmasının böyük təsiri olub.

“Bir sıra rəsmilər və gizlilik mütəxəssisləri ilə aparılan son müzakirələrə baxsaq, hazırda yeniliyi hələlik qəbul etməmiş istifadəçilərə qarşı hər hansı məhdudiyyət planımız olmadığını açıq şəkildə bildirmək istəyirik”, - şirkətdən qeyd olunub.

O da əlavə olunub ki, müxtəlif vaxtlarda şirkət istifadəçilərə yeniliklə bağlı xatırlatma edəcək.(qafqazinfo)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR