Anar Kərimov Gürcüstanın baş naziri ilə görüşüb

Gürcüstan səfəri çərçivəsində mədəniyyət naziri Anar Kərimov Gürcüstanın baş naziri İrakli Qaribaşvili ilə görüşüb.

Mədəniyyət Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, Baş nazir Azərbaycanın mədəniyyət nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini salamlamaqdan məmnunluğunu bildirib. Qeyd edib ki, Gürcüstan ilə Azərbaycan bölgədə çox səmərəli əməkdaşlıq edirlər. Bu əməkdaşlığın inkişaf etdirilməsi Gürcüstan üçün böyük əhəmiyyət daşıyır.

Anar Kərimov da öz növbəsində Azərbaycan və Gürcüstan arasındakı mədəni və humanitar sahələr üzrə əməkdaşlıq məsələlərinin diqqət mərkəzində olduğunu bildirib.

Görüşdə bir sıra önəmli məsələlər də müzakirə olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR