"Twitter"i 220 min dollar məbləğində daha bir cərimə gözləyir.

Metbuat.az TASS-a istinadla xəbər verir ki, məhkəmədən bildirilib ki, qadağan edilmiş məzmunu silməkdən imtina etdiyi üçün bu məsələ ilə bağlı 14 sentyabr tarixində məhkəmə iclası keçiriləcək. Bundan əlavə, "Facebook" qadağan edilmiş məzmunu silməkdən imtina etdiyi üçün 548 min dollar cərimə ilə də təhdid olunurdu. Adı çəkilən siyahıda "Telegram" da var. Belə ki, qadağan olunmuş məzmunu silməkdən imtina etdiyi üçün şirkət 210 min dollardan çox cərimə ilə üzləşib.