Yaqub Zurufçudan ÜZÜCÜ XƏBƏR: Aparata qoşuldu

Koronavirusa yoluxduğuna görə "Yeni Klinika” Tibb Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilən Əməkdar artist Yaqub Zurufçunun son durumu açıqlanıb.

Metbuat.az "Report"a istinadən xəbər verir ki, sənətçinin vəziyyəti ağırdır.

"Yaqub Zurufçunun ağciyərlərində COVID-19-la bağlı iki tərəfli pnevmoniya, ciyərlərində 80 % buzlu şüşə aşkarlanıb, hipoksemik tənəffüs çatışmazlığı var. Qeyri invaziv süni tənəffüs aparatı dəstəyindədir", - xəstəxanadan bildirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR