Təhlükəsiz görünən amma adı tez-tez qəzalarda hallanan "Tesla" model avtomobillər ilə bağlı yeni araşdırmalar edilib.

Metbuat.az xarici KİV-ə isitinadla xəbər verir ki, bu dəfə mütəxəssislər "Tesla Model S" avtomobilinin yeni versiyasını sınaqdan keçiriblər.

"Rokçu" adlandırılan sükanın adi bir sürücü üçün qeyri-adi olduğu və qəzaya səbəb ola biləcəyi müəyyən edilib.

"Tesla" avtomobillərində YENİ PROBLEM:

Araşdırmanın nəticələrinə əsasən, kəskin bir dönmə əməliyyatı zamanı, sürücü sükanı yan tərəfə bükmək məcburiyyətidə qalır. Bu hərəkət zamanı da çiyinə əlavə güc düşür. Mütəxəssislər tıxacda idarəetmə zamanı, sürücünün əllərini qoyacaq heç bir yer olmadığını da qeyd ediblər.

"Tesla" avtomobillərində YENİ PROBLEM:

Bu səbəbdən də əllər və qollar daim gərgin vəziyyətdədir. Hesabatın müəllifləri "Tesla"dan avtomobillərində sükan çarxına dəyişikliyi izah etmələrini istəsələr də, hələ də bu barədə cavab ala bilməyiblər.

Gülbəniz Hüseynli / Metbuat.az