Yer kürəsinə milyona yaxın təhlükəli asteroid yaxınlaşacaq -

Çinli astronomların hesablamalarına əsasən növbəti 100 ildə diametri 100 metrə kimi olan asteroidlərin Yer kürəsi ilə 700 dəfə toqquşmaları təhlükəsi var.

Metbuat.az xəbər verir ki, bu barədə hazırlanan kompüter modelləşdirilməsi onu göstərib ki, Yer kürəsini təhlükə altına ata biləcək asteroidlərin sayı daha çox ola bilər. Onların sayı 100.000-dən milyona kimi təşkil edə bilər.

Lakin indiyənə kimi kosmik mühitin müşahidə edilməsi zamanı 100 metrdən kiçik diametrə sahib asteoridlərə fikir verilmirdi.

Qeyd edək ki, 2013-cü ildə Rusiyann Çelyabinsk şəhərində baş verən hadisə zamanı 20 metr diametri olan asteroid Yer kürəsinə düşmüşdü. Bildirilmişdi ki, həmin asteroidlər Yer kürəsinə Günəş istiqamətindən gəlib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR