Dörd münsifi də heyran qoyan azərbaycanlı aktyor -

"Səs Azərbaycan" musiqi yarışmasının növbəti buraxılışında diqqət çəkən iştirakçılardan biri aktyor Hidayət Əliyev olub.

Metbuat.az xəbər verir ki, o, gecədə "SOS d'un terrien en detresse" mahnısını səsləndirib. Hidayətin ifasına elə ilk məqamlarda dörd münsif də dönüb. Onlar ifaçının səsinə heyran qaldıqlarını gizlətməyiblər.

Hidayət yarışmanı Xalq artisti Tünzalə Ağayevanın komandasında davam etdirmək istədiyini bildirib.

Qeyd edək ki, H.Əliyev Azərbaycan Dövlət Akademik Musiqili Teatrın solistidir.

Xatırladaq ki, aparıcılığını Azər Süleymanlının etdiyi "Səs Azərbaycan"ın digər münsifləri Xalq artisti Brilliant Dadaşova, müğənnilər Eldar Qasımov və Murad Arifdir.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR