Bakı "Global Health Awards"a ev sahibliyi edəcək

Tibb və sağlamlıq sahələrinin nümayəndələrinin maraqla gözlədiyi "Global Health Awards" layihəsinin qala gecəsi 21 noyabr tarixində Fairmont Baku otelində baş tutacaq. Sözügedən tədbir ilk dəfə paytaxtımızda təşkil olunduğundan layihə böyük nüfuz və xüsusi rəğbət qazanıb.

Tədbirdə tibb və sağlamlıq sektorunun həm yerli, həm qardaş Türkiyənin, həm də xarici ölkələrdən olan tanınmış və peşəkar həkimləri, eləcə də bu sektorun nüfuzlu markaları iştirak edəcəklər.

Layihənin əsas məqsədi peşəkar həkimləri və tibb şirkətlərini ictimaiyyətə daha da yaxından tanıtmaq, onların fəaliyyətini qiymətləndirmək və motivasiya verməkdir.

"Global Health Awards" layihəsinin proqramına əsasən sammitin keçirilməsi də nəzərdə tutulub. Belə ki, qala gecənin pikerləri Afrika Sağlamlıq Federasiyasının idarə heyətinin sədri Dr. Mohamed El Sahili, Türkiyənin tanınmış və geniş oxucu auditoriyasına sahib olan "BossLife" jurnalının rəhbəri Anıl Taşdemir olacaq.

Qeyd edək ki, maraqla gözlənilən tədbirə Türkiyə, Rusiya, Gürcüstan, Avropa, yaxın şərq və Afrikanın böyük tibb mərkəzlərinin rəsmi nümayəndələri qatılacaqlar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR