x
Loading...

Azərbaycan filmləri “Netflix”də yayımlanacaq

““Netflix”in öz keyfiyyət nəzarət mexanizmi mövcuddur. Bu çəkiləcək filmlərin həm texniki, həm də kreativ keyfiyyətini əhatə edir. Ona görə də bu layihələrin dəyərləndirilmələri aparılır”.

Metbuat.az xəbər verir ki, bu barədə APA-ya Mədəniyyət Nazirliyindən bildirilib.

Qeyd olunub ki, 2021-ci ilin əvvəlində mədəniyyət naziri Anar Kərimovun Türkiyəyə səfəri zamanı mədəniyyətin bir çox sahələrində əməkdaşlıq danışıqları ilə yanaşı, kino sahəsində də görüşlər baş tutub, “Netflix Türkiyə” rəhbərliyi ilə aparılan ilkin danışıqlar da bu görüşlərdən biri olub.

“2021-ci ildə bir neçə gün ərzində Bakıda “Netflix” istehsalı olan blokbaster filminin çəkilişi reallaşdı. Amerika istehsalı olan ekran işi haqqında geniş məlumat filmin reklam kampaniyası başladığı zaman elan olunacaq. Əlbəttə ki, bizim kino istehsalı ilə yanaşı, əsas hədəflərimizdən biri də filmlərimizin nümayiş arealını böyütməkdir. Bu baxımdan həm yaxın qonşularımızın – Türkdilli dövlətlər və MDB ölkələri çərçivəsində distribusiya şəbəkəmizi genişləndirməklə yanaşı, müxtəlif film platformalarına yerləşdirməyi nəzərdə tutmuşuq. Hazırda üzərində çalışdığımız bir neçə iddialı layihə var ki, onlar təhvil verildikdən sonra “Netflix” platformasına yerləşdirməyi nəzərdə tutmuşuq. Bu istiqamətdə işlər davam etdirilir”, - məlumatda vurğulanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR