"Instagram"ın budəfəki YENİLİKLƏRİ

"Instagram" yeniyetmələrin internetdə daha təhlükəsiz istifadəsi üçün bir sıra funksiyalarını təqdim edib.

Metbuat.az xəbər verir ki, sosial şəbəkənin rəhbəri Adam Mosseri nin sözlərinə görə, bundan sonra valideynlər və qəyyumlar yeniyetmələrin tətbiqdə nə qədər vaxt keçirdiklərini görə və vaxt məhdudiyyətləri təyin edə biləcəklər.

Bundan başqa, istifadəçilər onları izləməyən yeniyetmələri etiketləyə bilməyəcək. Şirkət həmçinin uşaqları ilə sosial mediadan istifadəni müzakirə etməkdə kömək etmək üçün yeni valideyn və qəyyum təhsil mərkəzi hazırlayır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR