Azərbaycanlı iştirakçı ermənini qucaqlayaraq TƏBRİK ETDİ -

Xəbər verdiyimiz kimi, "Junior Eurovision 2021" müsabiqəsinin qalibi 224 xalla Ermənistan olub.

Metbuat.az xəbər verir ki, yarışdan sonra Azərbaycan təmsilçisi Sona Əzizova Avroviziyada qalib olan erməni iştirakçı ilə görüşüb.

Sona səhnə arxasında Malena ilə bir araya gələrək onunla qucaqlaşıb, təbriklərini çatdırıb.

Qeyd edək ki, müsabiqədə ölkəmizi “One of those days” (“O günlərdən biri”) mahnısı ilə təmsil edən Sona Əzizova 151 xalla beşinci yeri tutub. Azərbaycana ən yüksək 12 xalı İtaliya və Ukrayna verib.

Müsabiqənin qalibi Ermənistan təmsilçisi Malena olub. O, “Qami, qami” mahnısını ifa etdiyinə görə 224 bal toplayıb. Polşa isə 218 balla ikinci, Fransa 182 balla üçüncü yerdə qərarlaşıb.





Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR