Çin alimlərinin yeni KƏŞFİ insan beynini oxuya bilir

Çin alimləri beyin dalğalarını və əzələ fəaliyyətini izləməklə insan beynini oxuya bilən robot yaradıblar.

Metbuat.az xəbər verir ki, mütəxəssislər robotun insan zehnini 96 faiz dəqiqliklə oxuya biləcəyini iddia ediblər. Onlar bildiriblər ki, bunun üçün robota xüsusi bir əmr verməyə ehtiyac yoxdur, sadəcə düşünmək kifayətdir.

Hətta bu robot üzərində sınaqlar da həyata keçirilib. Belə ki, Çindəki bir fabrikdə işçilər üzərində sınaqdan keçirilən robot düşüncəyə, demək olar ki, dərhal cavab verib. Lakin qarşı tərəfin diqqətinin yayındırılması robotun əmri başa düşməsini zəiflədə bilir.

Məlumatda həmçinin qeyd olunub ki, bu yeni robotlar yalnız insanların niyyətlərini aydınlaşdıra bilmirlər.

Gülər Seymurqızı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR