Rəsul Əfəndiyev Türkiyədə çəkdirdiyi "Sevəcəyəm" adlı klipini təqdim etdi -

Müğənni Rəsul Əfəndiyev xalq artisti Brilliant Dadaşovanın repertuarından ifa etdiyi "Sevəcəyəm" adlı mahnısını təqdim edib.

Metbuat.az xəbər verir ki, o, sənətçinin "Sevəcəyəm" adlı mahnısını yenidən ifa edib. Bəstənin sözləri Əlibaba Hacızadə, musiqisi Cavanşir Quliyevə, aranjimanı isə Kurşad Məmmədova məxsusdur.

Sənətçi sözügedən mahnıya klip çəkdirmək üçün Türkiyəyə üz tutmalı olub. Əfəndiyev sadə süjet xətti olan ekran işinin rejissorluğunu Erkan Nasa həvalə edib.

Qeyd edək ki, klip ifaçının rəsmi "YouTube" kanalına yerləşdirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR