Dəhşətli hadisə: 16 yaşlı nişanlı qızın boğazını kəsdi - İnternetdə tanış olmuşdular /

Türkiyənin Girəsun vilayətində dəhşətli hadisə baş verib.

Metbuat.az xəbər verir ki, 21 yaşlı Hüseyin Can adlı şəxs, sevgilisi 16 yaşlı qızın nişanlandığını eşidəndə qəzəblənib. O, Sıla Şentürkün evinə gəlib və onun boğazını kəsərək qətlə yetirib. Gənc, valideynlərin evdə olmadığı vaxt qızın evinə gələrək hadisəni törədib. Evdə qızın nənəsi olub. Nənə hadisə barədə qonşulara məlumat verib. Polisin axtarışları nəticəsində gənc saxlanılıb.

Məlumata görə, Hüseyin Canla Sıla Şentürk internetdə tanış olublar. Bir müddət sonra 21 yaşlı gənc 16 yaşlı qızı qaçırıb. Lakin qızın valideynlərinin şikayətindən sonra qız tapılaraq ailəsinə təhvil verilib. Ardınca valideynlər qızı məcburi şəkildə başqasına nişanlayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR