Rusiyanın dövlət saytlarına davamlı olaraq kiberhücumlar edilib.

Metbuat.az xəbər verir ki, hazırda Kremlin, Dövlət Dumasının, Təhlükəsizlik Şurasının və digər dövət qurumlarının saytları açılmır.

Məlumatı Kremlin sözçüsü Dmitri Peskov da təsdiqləyib. O bildirib ki, daim hücumlar edilir, internet səhifələri tez-tez donur.

Qeyd edək ki, bəzi haker cəmiyyətləri Ukraynaya hücuma görə Rusiyaya qarşı kibermüharibə elan etdiklərini açıqlayıblar.