Sanksiyalar “KamAZ”dan da yan keçmədi -

“KamAZ” Rusiyaya qarşı yeni sanksiyalardan sonra ehtiyat hissələri çatışmazlığı ilə üzləşib.

Metbuat.az xəbər verir ki, xaricdən gətirilən ehtiyyat hissələrinin çatışmazlığı səbəbindən “KamAZ” zavodları bəzi modellərini və şassilər istehsal edə bilməyəcək.

Bu barədə şirkətin baş direktoru Dmitri Leonov “İzvestiya”ya şərhində bildirib .

"Mart ayından etibarən bütün K3 model seriyalı avtomobillər əsasən- Rusiya analoqunda 154 sürət qutusu, “AZPİ” yanacaq avadanlığı ilə təchiz olunmuş səviyyələrdə istehsal olunacaq", - deyə açıqlamada bildirilir.

Həmçinin, elektron komponentlərin çatışmazlığı səbəbindən Rusiya Federasiyasının bir neçə zavodunda “AvtoVAZ” avtomobillərinin yığılmasının martın 11-dək dayandırılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR