Samsung 2022-ci ilin çoxdan gözlənilən yeniliklərini

Tanış olun Galaxy S22 flaqman seriyası və Galaxy Tab S8 planşetləri artıq satışda.

Fevral ayında baş tutmuş Samsung-un Galaxy Unpacked 2022 təqdimatında, dünyaca məşhur istehsalçı Galaxy S22, S22+ və S22 Ultra kimi yeni smartfonlarını və Tab S8, S8+ və S8 Ultra planşetlərini təqdim etmişdir. Təqdimat təkcə Nyu Yorkda yerləşən əsas 837x mağazasında deyil, həm də onun metaversedəki surətində də baş tutmuşdur.

İlk öncə qeyd etmək lazımdır ki, yeni məhsulların korpus materialı məni çox təəccüblədirdi. Smartfonların ön və arxa hissələri toxunuşa xoş gələn gücləndirilmiş mat şüşə ilə örtülmüşdür. Bu səbəbdən də modellərin rəngləri həqiqətən heyrətamizdir, belə ki, ancaq süsə səthlərdə rəngin "dənəli" quruluşu və zəngin rəng çalarlarını daha dəqiq şəkildə çatdırmaq mümkündür. Burada digər sürpriz isə ilk dəfə Galaxy Z Fold3 və Flip3 qatlana bilən smartfonlarında təqdim edilən gücləndirilmiş alüminiumdan hazırlanmış çərçivədir. S22+ və S22 flaqmanları diaqonal və akkumulyator ölçüsü, ekran parlaqlığı (S22+ üçün 1750 nit, S22 üçün isə - 1300 nit), daxili yaddaş ( müvafiq olaraq 256QB və 128 QB) və sürətli yükləmə dəstəyi ( müvafiq olaraq 45 və 25 vatt) ilə fərqlənir. Burada qeyd etmək lazımdır ki, həm Galaxy S22 Ultra, həm də S22 + avtomatik rejimdə günəş işığında maksimal 1750 nit parlaqlığına malikdir və bu, nə az nə çox yeni rekord deməkdir. S22+ və S22-in digər göstəriciləri demək olar ki, eynidir, onlar hətta eyni Exynos 2200 prosessoru ilə işləyir. Smartfonlarda həm də IP68 standartların uyğun sukeçirməməzlik təqdim edilib, belə ki, cihaz suyun 1.5 dərinliyində 30 dəqiqəyə qədər saxlana bilər. Modellər həmçinin Dynamic AMOLED 2X displeyi ilə təchiz olunublar ki, indi onların işləmə tezliyini saat 24 hersdən 120 hers-ə qədər dəyişə bilərsiniz (yüksək tezlikdə şəkil daha axarı olacaq).

Təqdimatda yeni məhsulların kameralarına da çox diqqət yetirilmişdir. Birincisi, 12 meqapiksellik ultra geniş bucaq, ikincisi 50 MP -lik geniş bucaq, üçüncüsü isə üçqat zoom-la10 meqapiksellik telefoto obyektiv olmaqla, cihazlar dörd kameralı modul ilə təchiz edilmişdir. Həmçinin burada 10 meqapiksellik ön kamera da təmsil olunmuşdur. Bundan əlavə, kameralarda hamar fokus hərəkəti rejimi vardır ki, bu rejim öz növbəsində "film effekti" əldə etməyə kömək edir. Galaxy S22 və S22+ modelləri üçün əsas dəyişiklik zoom göstəricisinin 3x hibrid əvəzinə 3x optikə dəyişməsi olmuşdur. Burada həmçinin onu da qeyd etmək lazımdır ki, smartfonlar süni intellektlə təchiz olunmuşdur, əla gecə çəkilişlərini dəstəkləyir və Samsung üslubuna uyğun yüksək detallı və təzadlı fotolar təqdim edir.

Samsung Unpacked təqdimatının ən çox gözlənilən cihazı Galaxy S22 Ultra idi. Galaxy S22 Ultra axarı kənarları, incə çərçivələri olan heyrətamiz 120Hz Dinamik AMOLED 2X ekranı və təkmilləşdirilmiş S-Pen ilə təchiz olunmuşdur. Samsung-un yeni flaqmanı 6,8” QuadHD+ ekrana malikdir. S22 Ultra yeniləmə sürətini 1Hz-dən 120Hz-ə qədər dəyişərək, batareyanın ömrünə qənaət edir və işləmə gücünü optimallaşdırır. Artıq bir neçə ildir ki, Ultra-nın əsas üstünlüklərindən biri heyrətamiz displeydir. Cihazdan günlük istifadə zamanı displeyin niyə əvəzolunmaz olduğunu tam başa düşürsən. Ekran öz imkanları ilə valeh edir və buna diqqət yetirməyə dəyər, yalnız bu üstünlüyü sayəsində cihazı bazarda mövcud olan bir çox smartfonlardan fərqləndirmək olar. YouTube-da və ya hər hansı digər resursda yayımlanan videolara baxarkən ekran məzmunu sadəcə müqayisə olunmaz şəkildə ifadə edir. Burada təsvir parlaqlığı maksimum dərəcədə işıqlı, detallar ən yüksək səviyyədədir, axarlılıq isə sadəcə heyranedicidir.

Galaxy S22 Ultra təkmilləşdirilmiş OIS (Optik Görüntü Sabitləşdirməsi) və VDIS ilə böyük 108MP əsas sensordan ibarət dörd kameralı sistemdən istifadə edir ki, bu da ən keyfiyyətli videonu qeyd almağa imkan yaradır. O, həmçinin 10x optik zoom və OIS ilə 10MP periskop kameraya, 3x optik zoom və OIS ilə 10MP telefoto obyektivə və 12MP ultra geniş bucaqlı sensora malikdir. Diqqət yetirin ki, Ultra-da kameralar üçün xüsusi haşiyə nəzərdə tutulmamışdır, obyektivlər korpusun arxa hissəsinə səliqəli şəkildə tətbiq edilmişdir. Düşünürəm ki bu, Ultra-nın hətta vizual olaraq digər modellərdən fərqləndirmək məqsədi ilə edilib.

Samsung Galaxy S22 Ultra saniyədə 24 kadr sürətlə 8K video çəkiliş edə bilir. Ön kamera isə 60 kadr sürətlə 4K video yazmağa qadir olan 40 meqapiksellik selfi kamerası ilə təmsil edilmişdir. İçlik baxımından Galaxy S22 Ultra ən yeni Exynos 2200 çipindən istifadə edir. O, 12QB RAM və 256QB yaddaşla birlikdə əla nəticələr vəd edir. Lakin yeni çipsetin əsas üstünlüyü, təkmilləşdirilmiş istilik paylayıcısına malik olmasıdır. Gəlin düzünü deyək, rahat oynadığınız yerdə smartfonun arxa hissəsinin yavaş-yavaş, qızması, xoşa gəlməz haldır. Bir qayda olaraq, istehsalçılar istifadəçilərin qızmalara fikir verməyib, “gücə” üstünlük verəcəklərini əsas götürərək,güclü prosessorlardan istifadə edərək, onların nəticədə “isti” prosessorlara çevriləcəklərinə göz yumurlar. Lakin hər istehsalçı yüksək keyfiyyətli istilik paylanmasını təmin edə bilmir, lakin, Samsung bu işin öhdəsindən qüsursuz gələrək, Galaxy S22 Ultra smartfonunda qrafen lövhədən istifadə etmişdir. Sözü gedən bu lövhə, əməliyyat zamanı prosessorun ixrac etdiyi istiliyi bərabər şəkildə yayaraq, qızmaların qarşısını alır. Yeri gəlmişkən, qrafen borusu günümüzdə mövcud olan həllərin ən effektividir.

Samsung Electronics şirkətinin prezidenti və MX Business rəhbəri T.M.Ro, öz çıxışında qeyd etmişdir ki, “Ünsiyyət qurmaq və əylənmək üçün getdikcə daha çox video formatlarına etibar edirik və bu səbəbdən planşetin onun böyük ekranı və portativliyi ən cəlbedici xüsusiyyətinə çevrilmişdir”. "Biz illərin mobil innovasiyalarına əsaslanaraq, Galaxy Tab S8 seriyasını təkmilləşdirdik və ilk Galaxy Tab S8 Ultra ilə planşet istifadəsi sərhədlərini aşmağa çalışdıq." Beləliklə, tədbirdə Koreya şirkəti çoxdan gözlənilən Galaxy Tab S8 seriyasını da təqdim etdi.

Burada da korpusdan başlayacağıq, planşetlərdə gücləndirilmiş alüminiumdan istifadə edilmişdir - bu, cihazları demək olar ki, üçdə bir qədər güclü etmişdir. Planşetlərin xarici görünüşü həmişəki kimi göz oxşayandır: hamar, tutqun səth və S Pen üçün maqnitləşdirilmişdir sahə. Burada "ən kiçik" model - Tab S8 - LCD ekrana (11”) sahibdir. Lakin, S8 + və S8 Ultra AMOLED, 12,4” və 14,6” diaqonal displeylə təchiz olunmuşdurlar. Hər bir planşetin komplektasiyasına S-Pen stilusu daxildir. Bütün məhsul xətti indi həm əsas, həm də ön kameralarla 4K-da video çəkə bilir. Yeri gəlmişkən, S8 Ultra hər biri 12 MP geniş bucaqlı və ultra geniş bucaqlı iki ön kameraya malikdir.

Samsung Ultra indiyə qədər Galaxy Tab-da görülmüş ən incə çərçivələrə, 11,200 mAh batareyaya (45 Vt sürətli şarj ilə) və sadəcə 5,5 mm nazikliyə malikdir.

Ultra modeli 8 qB RAM və 128 QB genişləndirilə bilən yaddaşla mövcuddur. Galaxy Tab S8 və S8 Plus 8 isə QB RAM və 128 QB genişləndirilə bilən yaddaşla mövcuddur.

Galaxy Tab S8 8000 mAh batareyadan istifadə edir, Tab S8 Plus isə 10090 mAh batareyaya malikdir. Hər iki planşet 45W simli sürətli yükləməni dəstəkləyir, lakin şarj cihazı qutuya daxil deyil.

Bütün Galaxy Tab S8 planşetləri Samsung-un ən son One UI 4 istifadəçi interfeysi və Android 12 sistemi ilə işləyir. Yeni sistem müxtəlif ölçülü bir neçə pəncərəni ekranda istifadə etməyi və multifunksionallağı təmin edir. Samsung bu rejimin xüsusilə təhsil məqsədləri üçün istifadədə və onlayn oyunlar üçün faydalı olacağını vurğulamışdır.

Galaxy Tab S8 Ultra yalnız bir rəngdə mövcuddur: qrafit. Galaxy Tab S8 və S8 Plus isə üç rəng variantında mövcuddur: Gümüş, Qrafit və Qızılgül qızılı.

Cihazlar artıq Azərbaycan bazarında da satışa çıxarılıb. Xüsusi kampaniya çərçivəsində siz Galaxy S22/ Galaxy S22+ alarkən Galaxy Buds2 və 25w/45w yükləmə cihazını hədiyyə (konfiqurasiyadan asılı olaraq) əldə edirsiniz. Galaxy S22 Ultra əldə etdiyiniz zaman isə hədiyyə olaraq Galaxy Buds Pro və 45 vatt gücündə şarj cihazı verilir. Qeyd edək ki, kampaniya 05.03.2022-25.03.2022 tarixlərində qüvvədə olacaq.

Galaxy S22 və Galaxy Tab S8 məhsul xəttinin ən son cihazları haqqında əlavə məlumatı Samsung-un rəsmi internet saytından, həmçinin Baku Electronics, Irshad, Kontakt Home, Maxi.az, Soliton və Optimal mağazalar şəbəkəsində əldə bilərsiniz.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR