Ramanada "Z" işarələri peyda olub - Rusiyaya dəstək? /

Bakının Ramana qəsəbəsində son günlər heç də birmənalı qarşılanmayan “Z” işarəsi peyda olub.

Metbuat.az Oxu.Az-a istinadən xəbər verir ki, divarlarda və yük maşınlarının üzərində qırmızı rəngli işarələr olduğu görünür.

Qeyd edək ki, fevralın 24-də Rusiya Prezidenti Vladimir Putin Ukraynada genişmiqyaslı hərbi əməliyyatların başlandığını elan edib. Bundan sonra Rusiya hərbi bölmələrinin texnikalarının üzərində “V” və “Z” işarələri qeyd olunub. Rusiya Müdafiə Nazirliyi bu işarələri “Z” - “Qələbə uğrunda” (“Za pobedu”) və “V” - “Güc həqiqətdədir” (“Sila v pravde”), həmçinin “Vəzifə yerinə yetiriləcək” (“Zadaça budet vıpolnena”) kimi təfsir edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR