Dələduzlar Azərbaycan istifadəçilərinə əsasən bu saatlarda hücum edir

Azərbaycanda təcavüzkarların ən aktiv dövrü bazar ertəsindən cümə axşamına kimidir.

Metbuat.az-a "Kaspersky"dən verilən məlumata görə, aparılan sorğuya görə, respondentlərin 81%-i dələduzluqla günün hansı saatlarında qarşılaşdıqlarını bildirə bilib.

Sorğu iştirakçılarının təcrübəsinə əsasən, təcavüzkarlardan gələn zəng və SMS axını əsasən bazar ertəsindən cümə axşamına kimi (56%) saat 11:00-dan 17:59-a qədər (54%) baş verir. Yəqin ki, dələduzlar iş günlərinin qızğın vaxtlarında “ova çıxırlar”, belə ki, rəsmi təşkilatları təqlid edir və ya potensial qurbanların fikirlərinin gərgin iş rejiminə görə dağınıq olduğunu və buna görə də onların böyük ehtimalla tələyə düşə biləcəklərini hesab edirlər.

Şübhəli elektron məktublarla bağlı vəziyyət də eynilə belədir. Burada da istifadəçiləri bazar ertəsindən cümə axşamına kimi (46%) saat 11:00-17:59 vaxt aralığında (40%) aldatmağa cəhd göstərirlər.

Ünsiyyət vasitəsindən asılı olmayaraq, təcavüzkarlar özlərini daha çox bank/maliyyə təşkilatı və ya tanınmış bir brendin nümayəndəsi kimi təqdim edirlər. Bununla da istifadəçilər fırıldaq sxemini dərhal tanımırlar. “Əlaqə yaradanların cinayətkar olduğunu siz [onlar] və ya yaxınlarınız anlaya bildinizmi” sualına 60% respondent telefon zəngləri ilə bağlı, 64% isə elektron məktublarla bağlı “bəli, dərhal” cavabını verib.

"Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov bildirib ki, gərgin iş rejimində istifadəçilər daha tez "qurban" gedirlər:

“Fırıldağın kökündə psixologiya üzrə əsas biliklər və cinsindən, yaşından, fəaliyyət sahəsindən və təhsil səviyyəsindən asılı olaraq müəyyən bir vətəndaş kateqoriyası üçün nəyin məxsusi olduğunu başa düşmək dayanır. Dələduzlar yaxşı anlayır ki, gərgin iş günü ərzində potensial qurbanlar fırıldaq cəhdinə qarşı daha çox kövrək olurlar. İnsanlar sadəcə zəngin mövzusuna köklənməyərək ehtiyatsızlıq ucbatından gizli məlumatları açıqlaya bilərlər. Məhz buna görə, hər dəfə sizə bankdan zəng gələn zaman yaxşı olar ki, işinizə ara verib dəstəyi asasınız və özünüz təşkilatın bank kartının üzərində göstərilən rəsmi nömrəsinə zəng edəsiniz”, -deyə o vurğulayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR