“Apple” Rusiya istifadəçiləri üçün “TikTok”u qadağan etdi

“Apple” rusiyalılar üçün “TikTok” tətbiqini silinib.

Metbuat.az TASS-a istinadən xəbər verir ki, tətbiqi “iPhone”da yenidən quraşdırmaq olmur. Bununla belə, “Google Play”də “TikTok” hələlik rusiyalılar üçün mövcuddur.

Xatırladaq ki, martın əvvəlində “TikTok” Rusiya qanunvericiliyinin sərtləşdirilməsi ilə əlaqədar yeni məzmunun yayılmasının və Rusiya Federasiyası ərazisində canlı yayımların aparılmasının müvəqqəti dayandırıldığını elan etmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR