Mayın 26-29-da Bakıda keçiriləcək "TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalında iştirak etmək üçün ölkəmizdə səfərdə olan “TEKNOFEST” İdarə Heyətinin və T3 Fondu Qəyyumlar Şurasının sədri Selçuk Bayraktar MİQ-29 qırıcısı ilə Bakı səmasında uçuş həyata keçirib.
Metbuat.az xəbər verir ki, Bayraktar özünün tvitter hesabında bu barədə paylaşım edərək qeyd edib: "İlk dəfə olaraq Azərbaycan səmasında döyüş təyyarəsi ilə uçmaq nəsib oldu. Bakı üzərində uçmaq hissi təsvirolunmazdır".