Bu gündən “Internet Explorer”in fəaliyyəti dayandırılır

ABŞ-ın “Microsoft” şirkəti “Internet Explorer 11” brauzerini dəstəkləməyi dayandırır. IT nəhəngi bu barədə mayın 19-da qərar qəbul edib.

Modern.az xəbər verir ki, bununla belə brauzer hələlik “Windows” əməliyyat sisteminin bəzi versiyalarında işləyəcək.

Şirkət qərarını onunla izah edib ki, “Microsoft”un digər layihəsi, 2015-ci ildə istifadəyə verilmiş “Edge” “Internet Explorer 11”in əsas funksiyalarına malikdir, bundan əlavə köhnə və müasir veb-saytlar, tətbiqlər üçün dəstək göstərməyə qadirdir.

“Microsoft Edge” bu və digər funksiyaları öz üzərinə götürə bildiyinə görə, “Internet Explorer 11”in fəaliyyəti dayandırılacaq, bu gündən isə ona texniki dəstək başa çatır.

Şirkət brauzerin fəaliyyətinin dayandırılmasından bir il əvvəl brauzerin bütün istifadəçilərinə bildiriş göndərəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR