“İKT LAB” “British Council Azerbaijan”la əməkdaşlıq müqaviləsi imzalayıb -

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzi" MMC-nin (İKT LAB) direktoru Rauf Cabarov “British Council Azerbaijan”ın direktoru Nərgiz Hacıyeva ilə görüşüb.

Metbuat.az nazirliyə istinadən xəbər verir ki, görüşdə əməkdaşlıq çərçivəsində bir neçə il ərzində keçirilən beynəlxalq ACCA imtahanlarının gedişatı və nəticələri müzakirə olunub.

Eyni zamanda yeni əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, CIPS (Chartered Institute of Procurement & Supply) beynəlxalq imtahanlarının “İKT LAB”da keçirilməsi nəzərdə tutulur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR