Pakistanlı nümayəndə heyəti Milli Müdafiə Universitetində olub -

Azərbaycanda səfərdə olan Pakistan İslam Respublikası Milli İdarəetmə Kollecində təhsil alan Pakistan Hökumətinin yüksək rütbəli dövlət qulluqçularından ibarət nümayəndə heyəti Milli Müdafiə Universitetində olub.

Bu barədə Metbuat.az-a Müdafiə Nazirliyindən məlumat veirlib.

Bildirilib, Milli Müdafiə Universitetinin rektoru, professor, general-leytenant Heydər Piriyev qonaqları salamlayaraq onları ölkəmizdə görməkdən məmnunluğunu ifadə edib. Görüşdə ölkələrimiz arasında hərbi təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

Nümayəndə heyətinə Milli Müdafiə Universiteti və İkinci Qarabağ müharibəsi haqqında geniş brifinq təqdim edilib.

Pakistan İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Bilal Hayee də görüşdə iştirak edib.

Sonda xatirə şəkli çəkdirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR