Emin Ağalarov Kəlbəcərdə konsert verəcək

Xalq artisti Emin Ağalarov Azərbaycanın işğaldan azad olunmuş ərazilərində konsert verəcək.

Metbuat.az xəbər verir ki, bu barədə o, yerli KİV nümayəndələrinə açıqlamasında deyib.

Xalqa artisti bildirib ki, o, Kəlbəcərdə yerləşən hərbi hissədə çıxış edəcək.

"Konsert əsgərlərimizin əhvali-ruhiyyəsini yüksəltmək məqsədilə keçiriləcək. Biz bunu çoxdan etmək istəyirdik. Əvvəl ora getmək təhlükəli idi və bizi buraxmırdılar. İndi belə bir imkanımız var. Bunu Vətəninə olan sevgisindən irəli gələrək təmənnasız edən çox sayda artistimiz var”,- o qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR