Beynəlxalq layihələrin icraçı direktoru və tanınmış influencer Sirac Bəyəlizadə dünya şöhrətli brendlərlə bir araya gəldi -

Son zamanlar dünyanın nüfuzlu dəb brendləri ilə əməkdaşlığa başlayan tanınmış influenser Sirac Bəyalizadənın qısa dosyesini təqdim edirik.

İş həyatında hər zaman yeniliklərə imza atan Sirac Bəyəlizadə 1996-ci ildə Bakıda ziyalı ailədə dünyaya göz açıb. O, məktəbi bitirdikdən sonra "Oxford College" tədris ocağında təhsil alaraq dil biliklərini təkmilləşdirib. Həm model, həm də aktyor kimi fəaliyyətini uğurla davam etdirən Sirac uzun illər Türkiyədə aktyorluq dərsləri alaraq zəngin təcrübə toplayır.

2019-cu ildə paytaxtımızda təşkil olunan “Miss & Mister Planet" layihəsində Sirac Bəyəlizadə hər kəsi qabaqlayaraq yarışın qalibi olur. Həmin ilin sentyabr ayında isə Gürcüstanda keçirilən “Miss & Mister Planet Of the World 2019” beynəlxalq müsabiqəsində Azərbaycanı uğurla təmsil edərək yenidən birincilik qazanır. Bu qazanılan uğurlarla adından söz etdirən Sirac Bəyalizadə Azərbaycan, Gürcüstan və Türkiyədə keçirilən dəb həftələrində podiuma çıxır. Bütün bunlarla yanaşı o, həmçinin "Versace", "Dolce & Gabanna", "Adidas", "Benetton", "Damat", "Avva" kimi dünya şöhrətli brendlərlə əməkdaşlıq edir.

Hazırda Sirac Bəyəlizadə influenserlik fəaliyyəti ilə yanaşı "Millionaire Concept Network & Reputation" şirkətlər qrupunun təşkil etdiyi beynəlxalq layihələrdə icraçı direktor kimi fəaliyyətini uğurla davam etdirir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR