Fövqəladə hallarda davranış qaydaları ilə bağlı tədbirlər keçirilib -

Fövqəladə Hallar Nazirliyinin (FHN) aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.

Metbuat.az Nazirliyin saytına istinadən xəbər verir ki, tədbirlər Dövlət Yanğın Nəzarəti Xidmətinin mütəxəssislərinin də iştirakı ilə Qarabağ Regional Mərkəzi tərəfindən Ağcabədi rayon Tarix Diyarşünaslıq Muzeyində, Şimal Regional Mərkəzi tərəfindən Xaçmaz Regional Mədəniyyət İdarəsinin Qusar rayon Mərkəzləşdirilmiş kitabxana sistemində, Sumqayıt Regional Mərkəzi tərəfindən Abşeron rayon, Hökməli qəsəbəsində fəaliyyət göstərən Ailə Sağlamlıq Mərkəzində, Aran Regional Mərkəzi tərəfindən Goranboy rayonunun Yuxarı Ağcakənd qəsəbəsi üzrə inzibati ərazi dairəsində baş tutub.

Məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.

Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğınların baş vermə səbəbləri və bu zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.

İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR