Orta Şərqi beynəlxalq aləmdə təmsil edən mütəxəssis - Dr. Vera Matta /

Orta Şərqdə öz sahəsi üzrə peşəkar olan livanlı dietoloq Vera Matta Livan Notr Dam Universitetində qidalanma və dietetika üzrə bakalavr dərəcəsini bitirib.

Daha sonra Nyu-Yorkda yerləşən Princely Beynəlxalq Universitetində magistr təhsilini davam etdirən Vera Matta 2019-cu ildə qidalanma və pəhriz terapiyası üzrə fəlsəfə doktoru adını qazanır.

Müxtəlif xəstəxanalarda təcrübə keçən Dr. Matta bu işin incəliklərini öyrəndikdən sonra öz klinikasını qurur.

Peşəkar dietoloq fəaliyyət göstərdiyi müddət ərzində bir çox xəstəlikləri tətbiq etmiş və zamanla bütün xəstəliklərin kökündə artıq çəkinin durduğunu müəyyənləşdirmişdi.

Sosial mediada kifayət qədər aktiv olan Doktor Matta, artıq çəkidən əziyyət çəkən insanlara verdiyi sürətli və təhlükəsiz arıqlama üsulu ilə adından söz etdirməyi bacarır. O, yeni arıqlama üsulları tətbiq edir, hər bir xəstəyə görə müalicələri fərdiləşdirir.

MTV və London tv-də, pəhriz və sağlam həyatla bağlı verilişlərin müəllifi olantanınmış dietoloq eyni zamanda “Sabah al Arabiya” telekanalının daimi qonağıdır. İncə görüntü də estetikanın bir parçası olduğu nəzərə alınaraq, peşəkar dietoloq Mr Livan, Miss Europe və Miss Top kimi bir çox gözəllik müsabiqələrində münsiflər heyətinin üzvü olub.

Milanda, Romada, Parisdə, Londonda və Dubayda keçirilən bir çox beynəlxalq sağlamlıq konqreslərində məruzələrlə çıxış edən Dr. Matta hazırda Dubayda yerləşən Elborno tibb mərkəzində fəaliyyətini davam etdirir. Bu mərkəzlə əməkdaşlığı çərçivəsində dietoloq yerli və beynəlxalq səviyyədə onlayn platforma üzrə xəstələrlə görüşlər həyata keçirir

Dr. Matta ərəb dünyasında ilk fərdiləşdirilmiş pəhriz qutusu olan Vie sağlamlıq qutusunun yaradıcısıdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR